KANAL24.AZ
Az Iw En Ru

Ölüm hökmü ilə cəzalanan QATİL

2015-ci ildə ABŞ-ın Cənubi Karolina ştatındakı kilsələrdən birində 9 afroamerikalını qətlə yetirməkdə müqəssir bilinən Dilan Ruf ölüm hökmünə məhkum edilib.

"Frans Press" xəbər verir ki, müvafiq qərar çərşənbə axşamı prisyajnılar məhkəməsi tərəfindən çıxarılıb.

2015-ci ilin iyununda 22 yaşlı ağ amerikalı Dilan Ruf Cənubi Karolinanın Çarlston şəhərindəki kilsədə doqquz afroamerikalını güllələyib. Ona qarşı 33 maddə üzrə ittiham irəli sürülüb və o, bütün maddələr üzrə müqəssir bilinib.


15:12 11.01.2017