KANAL24.AZ
Az Iw En Ru

13 min insan bu şəhəri tərk edib

İraq ordusunun İŞİD-dən azad etmək üçün hərbi əməliyyatlar keçirdiyi Mosul şəhərini son 5 gündə 13 min insan tərk edib.

Bu barədə BMT-nin mətbuat katibi Stefan Düjarrik məlumat verib.

"İnsan axını hər gün şəhəri tərk edir. Onların sayı 50 faiz artaraq gün ərzində 1600-dən 2300 nəfər qədər çoxalıb. Döyüşlərlə əlaqədar Mosulu və onun ətrafındakı əraziləri 13 min insan tərk edib" – deyə o jurnalistlərə bildirib.

Onun sözlərinə görə, qaçqın axını dekabrın 29-dan sonra, antiterror əməliyyatının ikinci mərhələsinin fəallaşması nəticəsində daha da artıb.

Düjarrik qeyd edib ki, Mosulun İŞİD-dən azad edilmiş ərazisinin sakinləri BMT-dən humanitar yardım alırlar. Hər gün onlara milyon litrə yaxın içməli su, həmçinin ərzaq və ən zəruri ləvazimatlar verilir.


16:07 05.01.2017
Xəbər lenti
Bütün xəbərlər