KANAL24.AZ
Az Iw En Ru

BMT-nin ofisi qarşısında partlayış

Somalinin paytaxtı Moqadişoda BMT-nin İnkişaf Proqramının ofisi qarşısında partlayış baş verib.

“Sinxua” agentliyinin  verdiyi xəbərə görə, hadisə nəticəsində binanın mühafizəsini təmin edən 4 polis əməkdaşı yaralanıb.

İnsident zamanı BMT əməkdaşlarından zərərçəkən olmayıb.

Partlayışa görə məsuliyyəti “Əş-Şəbab” terror qruplaşması öz üzərinə götürüb.


15:59 05.01.2017
Xəbər lenti
Bütün xəbərlər