KANAL24.AZ
Az Iw En Ru

Faciədən sonra ilk dəfə yaşıl meydana çıxdılar

Təyyarə qəzasında heyətinin əksəriyyətini və məşqçilərini itirən “Şapekoense” faciədən sonra ilk məşqə çıxıb.

Qəzada 19 futbolçusunu itirən “Yaşıl-ağlar” yanvarın 26-da baş tutacaq “Joinvil”lə oyunun hazırlıqları üçün məşqlərə başlayıb. “Şapekoense” 3 yeni futbolçuyla anlaşıb. Klub braziliyalı futbolçular Duqlas Qrolli, Nadson və Rossini heyətinə cəlb edib. “Şapekoense”nin futbol direktoru Ruy Koşta 20 oyunçu daha transfer edəcəklərini açıqlayıb.

Xatırladaq ki, noyabrın 29-da içində “Şapekoense” klubunun üzvlərinin də olduğu təyyarə Kolumbiyanın Medelin şəhərinin yaxınlığında dağlıq bölgədə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədəki 77 sərnişindən 71-i dünyasını dəyişib.


07:42 05.01.2017
Xəbər lenti
Bütün xəbərlər