KANAL24.AZ
Az Iw En Ru

Xamesin "Real"da qalıb-qalmayacağı dəqiqləşdi

Son vaxtlar qış transfer pəncərəsində "Real"dan ayrılacağı deyilən Xames Rodriges komandada qalacaq.

Bu barədə "kral klubu"nun baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

İspaniya Kubokunun 1/8 final mərhələsinin "Sevilya"ya qarşı oyundan öncə təşkil edilən mətbuat konfransında danışan fransız mütəxəssis şayiələrə son qoyub: "Rodriges mənə dünyanın ən yaxşı komandasında oynamaqdan xoşbəxt olduğunu dedi. Bu açıqlamadan sonra başqa sözə ehtiyac olduğunu düşünmürəm. O, "Real"ın vacib oyunçularından biridir. Hədəflərimiz istiqamətində çalışmağa davam edəcəyik".
 
Qeyd edək ki, cari mövsümdə 16 oyunda şans qazanan Xames 2 qol, 9 məhsuldar ötürməyə imza atıb.


16:42 04.01.2017
Xəbər lenti
Bütün xəbərlər