KANAL24.AZ
Az Iw En Ru

İspaniyada oynayan futbolçu "Neftçi"də - RƏSMİ

“Neftçi” transfer işlərini davam etdirir.

Klubun rəsmi saytına istinadən xəbər veririk ki, komanda bu dəfə Çilidən olan hücumameyilli yarımmüdafiəçi İqnasio Herrera ilə 1 illik müqavilə imzalayıb.

Peşəkar karyerasına Çilinin "Reyncers" klubunda başlayan Herrera 2008-ci ildə Avropaya gələn futbolçu bir il İspaniyanın "Betis" klubunun B komandasında oynayıb. 2010-cu ildə vətəninə dönən yarımmüdafiəçi bu ilin əvvəlinədək "Huaçipato", "Magallanes", "Kobreloa", "Deportes İquique" klublarında oynayıb. O, bu ilin əvvəlində Qazaxıstanın "İrtış" klubuna keçib (31 oyun, 4 qol).


06:34 04.01.2017
Xəbər lenti
Bütün xəbərlər