KANAL24.AZ
Az Iw En Ru

"Arsenal"ın keçmiş futbolçusu Qazaxıstanda mükafat aldı

"Zenit", "Arsenal" və Rusiya millisinin eks-futbolçusu Andrey Arşavin Qazaxıstanda 2016-cı ilin futbolçusu seçilib. "ProSports" nəşrinin idman jurnalistləri arasında apardığı sorğuda "Kayrat"ın yarımmüdafiəçisi birinci olub. Ötən mövsüm "Kayrat"ın heyətində Qazaxıstan vitse-çempionu olan Arşavin 37 oyuna 11 qol vurub. Daha öncə Qazaxıstan çempionatında iştirak edən klubların baş məşqçiləri və oyunçuları arasında keçirilən səsvermədə Arşavin ikinci olmuşdu.


00:28 04.01.2017
Xəbər lenti
Bütün xəbərlər