KANAL24.AZ
Az Iw En Ru

Hər an ölüm gətirə bilər - Mobil telefon istifadəçiləri mütləq oxusun!

Telefonunuza enerji doldurma aləti alarkən diqqətli olun. Orjinal adapter adı ilə sizə sadə adapterlər sata bilərlər. Bəs görəsən orjinalla, orjinal olmayan adapterləri bir-birindən necə fərqləndirmək olar?

Smartfon düşməni olan saxta adapter bu dəfə də ölümə səbəb olub. Hadisə ABŞ-ın Texas ştatında baş verib. Gənc qız musiqiyə qulaq asarkən yuxuya gedib. Enerji yığmaqdan olan telefona taxılı qulaqcıqdan keçən elektrik cərəyanı isə onu vurub öldürüb.

Bu hadisə bir daha orijinal adapterlərlə, saxtaların fərqini gündəmə gətirib. Telefon ustaları alıcıların adapter seçərkən bəzi məqamlara diqqət yetirməyi tövsiyə edir. Orijinal adapterlər vasitəsi ilə telefonlar 1 saata maksimum enerji yığır, ancaq orijinal olmayanlarda bu vaxt minumum 1,5 saat çəkir.

Ölçülərinə görə də həmin adapterləri bir-birindən fərqləndirmək mümkündür.

Orijinal olmayan adapterlə enerji yığan telefon həmin enerjini sürətlə itirir. Bununla yanaşı orijinal adapterlər telefonların artıq enerji yığsa da, yanma ehtimalının qarşısını alır.

Bu adapterlər qiymətlərinə görə də xeyli fərqlənir.


21:26 03.01.2017
Xəbər lenti
Bütün xəbərlər