KANAL24.AZ
Az Iw En Ru

Türkiyədən Trampa çağırış: “Bu alçaqlığa son verin!”

“Terror təşkilatından istifadə edərək terrorla mübarizə aparmaq Obama rəhbərliyinin işidir. ABŞ-ın yeni rəhbərliyindən bu alçaqlığa son verməsini istəyirik”.

Bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım partiyanın qrup iclasında çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, bu, mafiyadan istifadə edərək, mafiyanı məhv etməyə bənzəyir.

“Bu gün dostla düşmənin ortaya çıxacağı gündür. Biz illərdir NATO-da ABŞ-la birlikdəyik. O, bizim strateji ortağımız. Bu strateji tərəfdaşlığın terror təşkilatı tərəfindən kölgələnməsinə ABŞ icazə verməməlidir. PDY PKK-ya bərabərdir. PKK isə separatçı terror təşkilatıdır. Nə edirsiniz, qardaşım, bir qərar verin. Türkiyə ilə birlikdə olacaqsınız, yoxsa alçaq terror təşkilatına qucaq açacaqsınız. Türkiyə ABŞ-ın yeni rəhbərliyindən qərar gözləyir. ABŞ terror təşkilatları deyil. Ümid edirik ki, ABŞ Türkiyə kimi bölgədə sabitliyi, etibarı təsis etmək üçün əlini daşın altına qoyan ölkə ilə əməkdaşlığı seçəcək və keçmiş rəhbərliyin başlatdığı yoldan dönəcək. Dönməzsə, biz öz işimizi həll edərik”.


21:14 03.01.2017
Xəbər lenti
Bütün xəbərlər