KANAL24.AZ
Az Iw En Ru

Amerika ərəblərə 40 milyard dollarlıq silah satdı

Qətər noyabr və dekabr aylarında ABŞ-dan ən çox silah satın alan ölkə olub. Bunun üçün 21 milyard 881 milyon dollar xərcləyib.

ABŞ Müdafiə və Təhlükəsizlik Əməkdaşlıq Agentliyi bu barədə məlumat yayıb. Xəbərdə deyilir ki, Qətər noyabrın 17-də 21 milyard 100 milyon dollar dəyərində 72 ədəd çoxfunksiyalı "Boeing F-15QA" tipli döyüş təyyarəsini sursat paketi ilə satın alıb.

Siyahıda Qətərdən sonra 11 milyard 837 milyon dollarla Küveyt qərarlaşıb. Ölkə noyabr ayında 10 milyard 100 milyon dollar dəyərində "Boeing F/A-18 Super Hornet" tipli 28 təyyarə alıb. Dekabr ayında isə 1,7 milyard dollar dəyərində "218 M1A2 Abrams" tankını satın alıb.

Şirkətin məlumatında Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrliklərinin nəqliyyat və hücum helikopteri satın aldığı qeyd edilir. Səudiyyə Ərəbistanının 3 milyard 500 milyon dollar dəyərində "48 CH-47F Chinook" nəqliyyat helikopteri tələbi Xarici İşlər Nazirliyi tərəfindən dekabrın 7-də təsdiqlənib.

Xarici İşlər Nazirliyi eyni tarixdə Birləşmiş Ərəb Əmirliklərinə də 3 milyard 510 milyon dəyərində "28 Apache AH-64" tipli hücum helikopter satışını təsdiq edib.

ABŞ bu ölkələrə ilin geri qalanında 2 milyard dollar dəyərində hərbi vəsait və silah satıb.

Nəzərə çatdıraq ki, Xarici İşlər Nazirliyinin təsdiqlədiyi bütün silah satışları Konqres tərəfindən araşdırılıb, təsdiq edildikdən sonra reallaşdırılır.


21:03 03.01.2017
Xəbər lenti
Bütün xəbərlər