KANAL24.AZ
Az Iw En Ru

Robinyo Türkiyəyə gəlir - Hansı kluba?

Türkiyə Superliqasında ən bərbad mövsümlərindən birini keçirən “Trabzonspor” qış transfer pəncərəsi dövründə bomba partlatmaq fikrindədir.

Qara dəniz təmsilçisi məşhur braziliyalı futbolçu Robinyonun transferi üçün hərəkətə keçib.

Ötən mövsüm Çinə yollanan Robinyo orada çox qalmadı və “Atletiko Mineyro”ya yollandı. O, həmçinin “Real”, “Mançester Siti”, “Milan” kimi Avropa nəhənglərinin şərəfini qoruyub. Karyerası ərzində 392 oyuna çıxan Robinyo 102 qol və 72 məhsuldar ötürmə müəllifidir. Braziliya millisində 99 oyuna çıxıb, 28 qol vurub.


16:05 03.01.2017
Xəbər lenti
Bütün xəbərlər