KANAL24.AZ
Az Iw En Ru

Heyrətləndirəcək fotolar-bu canlılar elmə məlum olmayan yeni kəsflər sırasındadı

Kaliforniya Elmlər Akademiyasının biologiya profilli institutlarından biri yola saldığımız 2016-cı ildə indiyə qədər elmə məlum olmayan 133 canlı növünün aşkarlandığını bəyan edib. 
 
Yeni kəşf olunan növlərin 46-sı qarışqalara, 23-ü balıqlara, 36-sı böcəklərə məxsusdu. Həmçinin, ötən ildə beş kirpi, bir ilan balığı, bir ağcaqanad, bir yosun, 6 su bitkisi növləri də elm üçün bəlli olub. 
 
Mütəxəssislər xüsusən də, balıqlar sinfinə aid olan yeni növlərin dünya faunası üçün vacib kəşflər olduğunu bildirirlər. Həmçinin, sürünənlər sinfinə aid olan bir çox yeni növlərin- Afrika kərtənkələsi, Gulper Eol –elm üçün gərəkli tapıntı olması bilinir.
Lakin 2016-cı il birmənalı şəkildə balıqkimilər fəsiləsinin zənginləşməsi ilə yadda qaldı. Tapılan 133 yeni növün 80 faizi su canlılarıdır. 
Elə həmin balıqların ən qəribə növlərinin fotolarını təqdim edirik:
 
Canavar balığı
 
Əjdaha balıq
 
Spook balığı
 
 
Vampir balığı

04:30 03.01.2017
Xəbər lenti
Bütün xəbərlər