KANAL24.AZ
Az Iw En Ru

Messi üçün məzuniyyət başa çatdı

Messi iki həftəlik Milad tətilini başa vuraraq Barselonaya qayıdıb.

Goal.az xəbər verir ki, bu səhər şəxsi təyyarəsi ilə "El Prat" hava limanında enən argentinalı ulduz sabahkı məşqdə iştirak edəcək. Onunla yanaşı Luis Suarez, Neymar və Jerar Pike də bayram məzuniyyətindən qayıdıb. Katalonların "Athletic"lə İspaniya kubokunda keçiriləcək oyuna hazırlaşmaq üçün 72 saat vaxtı olacaq. 


22:59 02.01.2017
Xəbər lenti
Bütün xəbərlər