KANAL24.AZ
Az Iw En Ru

Meyitləri tapılan futbolçuların klubu müəyyənləşdi

Bakıda mənzildən meyitləri tapılan əcnəbi futbolçuların çıxış etdiyi komanda müəyyənləşib.

Bu oyunçular həvəskarlar arasında Bakı kənd və qəsəbələrinin çempionatında çıxış edən "SabunçuSpor" klubunun üzvləridir.

Yasamal rayonunun Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanında kirayədə yaşayan, Kamerun Respublikasının vətəndaşları - Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata dəm qazından boğularaq ölüblər. Onlardan ikisinin tələbə, üçünün futbolçu olduğu aşkarlanıb.
 
Bu üç oyunçu Pau Taken, Nikbenti Nombiye Leves və Nzemele Ezzambe Linus bu komandanın üzvləridir. Daha bir kamerunlu Senan Nike də əvvəllər "SabunçuSpor"un üzvü olsa da, sonradan klubdan kənarlaşdırılıbmış.
 
Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən istintaq araşdırması davam etdirilir.
 
Qeyd edək ki, Bakının Yasamal rayonunda mənzildə 5 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilə pəncərədən daxil olub və kirayədə qalan, Kamerun Respublikasının vətəndaşı olan 5 nəfərin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.


21:26 02.01.2017
Xəbər lenti
Bütün xəbərlər