KANAL24.AZ
Az Iw En Ru

BİABRÇI OLAY: QADIN ƏRİNİ KİŞİ İLƏ TUTDU

Aydının Nazilli Rayonunda iddiaya görə bir qadın, ərini başqa bir kişi ilə homoseksual əlaqə zamanı tutduğu və bu səbəblə də boşanma davası açıb. Qadının əri homoseksual əlaqəyə girdiyi bildirilən şəxsin də dövlət orqanındakı işinə son verilib.

Nazilidə 2 həftə əvvəl meydana gəldiyi söylənilən hadisə iddiaya görə, belə baş vermişdir: Ərindən şübhələnən N.G. Adlı qadın, saat 11.00-de çalışdığı iş yerindən icazə aldı. Evinə gedəndə, əri H.G-yi yataqda S.C. ilə homoseksual əlaqədə gördü. S.C. sürətlə evdən qaçarkən, qadın da mobil telefonunu alaraq, ərini evdən qovdu.

Mesajları tapdı

Mobil telefondakı mesajları oxuduğunu bildirilən N.G, əri H.G. ilə S.C-nin bir-biri ilə bir gün əvvəl keçirdiyi görüş və yazışmaların qeydiyyatlarını götürərək boşanma davası açıb. N.G. bu qeydləri, S.C.nin çalışdığı dövlət qurumunun mərkəzinə də göndərib. Homoseksual əlaqə qalmaqalına adı qarışan S.C.ni işdən qovublar.

Faktla bağlı araşdırmalar və soruşdurmalar davam edir.

 S.C.nin işinə son verildiyini qeyd edən qurum rəsmiləri qeyd etdilər ki, "Bu qurumdan kənarda baş verən bir olaydır və bunu biz əsla dəstəkləmirik.


21:08 02.01.2017
Xəbər lenti
Bütün xəbərlər