KANAL24.AZ
Az Iw En Ru

“Donald Tramp Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çalışsa, Konqresin sərt reaksiyası ilə rastlaşacaq”.

“Donald Tramp Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çalışsa, Konqresin sərt reaksiyası ilə rastlaşacaq”.

TASS agentliyinin məlumatına görə, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, demokrat Adam Şif deyib.

“Hesab edirik ki, daha çox işlər görülməlidir. Düşünmürük ki, görülən tədbirlər Rusiyanın durdurulması üçün kifayət edəcək. Buna görə də gələcəkdə hər iki partiya tərəfindən  sanksiyaların gücləndirilməsinə istiqamətlənmiş dəstəyin şahidi olacaqsınız. Tramp sanksiyaların ləğvinə çalışsa , o zaman başda Lindsi Qrem və Con Makkeyn olmaqla, sanksiyalar tərəfdarı olan Konqresindəki respublikaçı və demokratlar əllərindən gələni edəcək ki, Rusiyaya qarşı ciddi sanksiyalar paketi qəbul edilsin”, - deyə o vurğulayıb.


20:24 02.01.2017
Xəbər lenti
Bütün xəbərlər