KANAL24.AZ
Az Iw En Ru

İstanbulda qana bulayan şəxsin axtarışı davam edir

Yeni il gecəsi Türkiyənin İstanbul şəhərindəki “Reina” gecə klubunda 39 nəfəri öldürmüş naməlum şəxsin axtarışı davam edir.

Hələlik silahlı hücumun motivi bəlli deyil. Ancaq hadisənin törətməkdə İŞİD terror təşkilatı şübhəli bilinir.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu terrorçunun axtarışının davam etdirildiyini söyləyib: “Polis əməliyyatlara başlayıb. Ümid edirik ki, hücumçu tezliklə tutulacaq”.

Hadisə ilə bağlı PKK terror təşkilatı da öz mövqeyini açıqlayıb. PKK sözügedən qətllə heç bir əlaqəsinin olmadığını bəyan edib.

PKK terror təşkilatının baş komandanlarından biri olan Murat Karayilan bildirib ki, onlar heç vaxt günahsız dinc sakinləri hədəf almırlar.


19:47 02.01.2017
Xəbər lenti
Bütün xəbərlər