KANAL24.AZ
Az Iw En Ru

Yerevanda rus hərbiçisi öldürüldü?

Dünən, yanvarın 1-də, Yerevanın mərkəzində yerləşən “Drujba” (“Dostluq”) mehmanxanasının otaqlarının birində rusiyalı yüksək rütbəli hərbçinin meyiti aşkarlanıb. Bunu “Ermənistan xəbərləri” portalı xəbər verib.

Digər erməni saytı  bildirib ki, 45 yaşlı Viktor Yemelyanov Ermənistandakı Rusiya hərbi bazasında qərargah rəisinin müavini vəzifəsində çalışıb.

Meyiti aşkarlanmış şəxsin rütbəsi mayor olub. Məhkəmə-tibbi ekspartizanın gəldiyi ilkin rəyə görə, cəsədin üzərində zorakılıq əlamətləri tapılmayıb.


19:44 02.01.2017
Xəbər lenti
Bütün xəbərlər