KANAL24.AZ
Az Iw En Ru

"Canlı bomba"lar şəhəri qan gölünə çevirdi

Dünən İraqın Nəcəf şəhərinin yaxınlığındakı əl Qədisiyyə şəhərində terror hücumu olub.

Al Jazeera kanalı bildirir ki, Nəcəfdən 45 km aralıdakı əl Qədisiyyəyə girişdəki nəzarət-buraxılış məntəqəsinə yaxınlaşaraq polislərə atəş açıblar. Daha sonra onlar özlərini partladıblar.

"Canlı bomba"ların özlərini partlatmaları nəticəsində 7 nəfər həlak olub, 20 nəfər yaralanıb.

Həlak olanların və yaralananların əksəriyyəti polis əməkdaşlarıdır.

Terraktın İŞİD tərəfindən törədildiyi bəlli olub. Terrorçuların hədəfi Nəcəfdəki böyük məscidlərdən biri olub.


19:19 02.01.2017
Xəbər lenti
Bütün xəbərlər