KANAL24.AZ
Az Iw En Ru

İstanbuldakı terror aktında həlak olmuş azərbaycanlı qız Rusiya vətəndaşı imiş - VİDEO

Türkiyədəki Rusiya Baş konsulluğunun verdiyi məlumata əsasən, İstanbuldakı "Reina" gecə klubunda baş vermiş terror aktında həlak olmuş, Azərbaycan vətəndaşı olduğu düşünülən qız, əslində, Rusiya vətəndaşı imiş.

Bu barədə mənbəyə istinadən TASS agentliyi xəbər verib.

"Onun şəxsiyyəti müəyyən edilib, sənədlər Rusiya vətəndaşı olduğunu sübut edir", - konsulluqdan məlumat verilib.

Xatırladaq ki, Türkiyə tərəfi hadisə vaxtı həlak olanların və yaralananların hamısının şəxsiyyətini müəyyən edib. Ölənlər arasında daha bir azərbaycanlı kişinin olduğu bildirilirdi.

 

Videonu izləmək üçün şəklə klikləyin:

Жертвой атаки на стамбульский клуб стала россиянка


18:38 02.01.2017
Xəbər lenti
Bütün xəbərlər