KANAL24.AZ
Az Iw En Ru

Türkiyədəki terroru törətməkdə şübhəli bilinirdi - Həqiqət ortaya çıxdı - YENİLƏNİB - FOTO

10:48

"SH"yə istinadla bildiririk ki, fotosu yayılan Ramazan İşan bu gün Zeytinburnunda polisə ifadə verib. O, əfqanıstanlıdır. 

----------

10:32

Türkiyədə Yeni il gecəsi "Reina" gecə klubunda terror törədən şəxsin tutulması üçün hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışlara davam edir.

Ötən gün sosial şəbəkədə terroru törədən şəxsin şəkli paylaşılıb. Atatürk hava limanında çəkildiyi iddia olunan şəklin həqiqi sahibi isə çox keçmədən ortaya çıxıb.

Elə həmin gün məlum olub ki, fotosu paylaşılan şəxs əslən Qazaxıstandan olan ticarətçidir. O, polisə gedərək terror təşkilatları ilə əlaqəsi olmadığını bildirib, eləcə də sosial şəbəkələrdən və xəbər saytlarından şikayətçi olub.

Xatırladaq ki, "Reina" gecə klubundakı terror zamanı 39 nəfər ölüb.

 


18:24 02.01.2017
Xəbər lenti
Bütün xəbərlər