KANAL24.AZ
Az Iw En Ru

ABŞ Rusiya və Çinə qarşı müharibəyə başlayır?

ABŞ Hərbi Hava Qüvvələri F-35 döyüş təyyələrinin beşinci nəslini Rusiya və Çinlə müharibəyə hazırlayır.

Bu barədə “Scout Warrior” nəşri yazıb.

ABŞ Hərbi Hava Qüvvələrinin F-35-lərin inteqrasiyası departamentinin rəhbəri, general-mayor Ceffri Harriqian deyib ki, bu döyüş təyyarələrində yer-hava tipli raket sistemi var:

“Bu sistem çoxmanevrlidir və hədəfi dərhal məhv etmək potensialına sahibdir”.

Onun sözlərinə görə, açıq havada və real döyüş səhnələrində F-35-lərin yeni tipinin ilk sınağı keçirilir.

Nəşr qeyd edir ki, amerikalı hərbiçilər əsas təhlükə kimi Rusiyanın S-300-lərini görürlər.

Yeni döyüş təyyarələri bu kimi təhlükələrin qarşısını alacaq.

Nəşr qeyd edir ki, ABŞ Hərbi Hava Qüvvələrinin hazırığı 2020-ci ildən sonrsa Rusiya və Çinlə nəzərdə tutulan mümkün müharibə üçündür.


01:06 02.01.2017
Xəbər lenti
Bütün xəbərlər