KANAL24.AZ
Az Iw En Ru

Dünya liderlərindən İstanbuldakı terror aktı ilə bağlı - Qınama mesajları

İstanbulda törədilən terror aktı ilə bağlı dünya liderləri qınama mesajları yayımlayıb.

Hücumu şiddətlə pisləyən Rusiya prezidenti Vladimir Putin həlak olanların ailələrinə başsağlığı verib. Rusiya lideri terrorizmlə mübarizədə birgə əməkdaşlığın önəminə diqqət çəkib.

ABŞ prezidenti Barak Obama da qanlı hadisəni qınayıb. O, Türkiyənin ehtiyac duya biləcəyi məsələlərdə Ankaraya dəstək verməyə hazır olduqlarını ifadə edib.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini, NATO-nun baş katibi Yens Stoltenberq və digər xarici diplomatlar da terror aktını pisləyib.


22:23 01.01.2017
Xəbər lenti
Bütün xəbərlər