KANAL24.AZ
Az Iw En Ru

Ərdoğan: “İstanbul terroru bölgədə baş verənlərlə bağlıdır”

“Bu hücumlarla Türkiyədə xaos yaratmağa çalışırlar”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan İstanbulda gecə klubuna terror hücumunu şərh edərkən deyib.

Onun sözlərinə görə, fərqli terror təşkilatlarının Türkiyəni hədəfə almasının bölgədəki hadisələrlə bağlılığı var:

“Ölkəmizə yönələn təhdidlərin və hücumların qaynağını yox etməkdə davam edəcəyik. Ölkə və millət olaraq terror təşkilatlarının və arxalarındakı güclərin sadəcə silahlı hücumlarına deyil, iqtisadi, siyasi, sosial hücumlarına qarşı da mübarizə aparacağıq”.

Ərdoğan qeyd edib ki, İstanbuldakı vəhşi hücum terrorun qan tökməyi, öldürməyi hədəf seçdiyini açıq şəkildə ortaya qoyur.


21:45 01.01.2017
Xəbər lenti
Bütün xəbərlər