KANAL24.AZ
Az Iw En Ru

Beyini təmizləmək üçün necə qidalanmaq lazımdır?

Həyati əhəmiyyətə malik olan sağlam düşünmək və beyni təmizləmək üçün qidalanmağımızda diqqət etməyimiz lazım olan bəzi nöqtələr var.

Zehni parlaqlıq, həyatın bütün sahələrində fayda verən bir sağlamlıq vəziyyətidir. Təəssüf ki, yanlış qidalanma vərdişləri sağlam düşünməyi zəiflədir.
Mütəxəssislər hər gün 1 balıq yağı kapsulunu içməyi tövsiyə etdilər.
Bu qida maddələri, beyinin fəaliyyətini normallaşdırır və beyninin qidalanmasında mühüm rol oynayır.
Bundan əlavə, bol-bol təzə meyvə yemək olduqca vacibdir. Heç bir təbii qida maddəsi, yüksək keyfiyyətli üzvi meyvələrin tərkibində olandan daha çox vitamin, mineral və amin turşu daşımaz. Amin turşuları zehni prosesləri gücləndirməkdə çox mühüm rol oynayır.
Həmçinin, bol-bol su içmək beyni gücləndirir. Su, beyin toxumasında digər hər hansı bir maddəyə nisbətən böyük bir fərqlə daha çox olur. Mümkün qədər digər mayelərin yerinə suya üstünlük verin. İnsan bədəninin 60 faizə qədəri su, beyninin 70%-i su, ağciyərlərin isə 90%-i sudur.
Zehin, müxtəlif komponentlərin mürəkkəb birləşməsidir və bu günə qədər insan fiziologiyasının ən mühüm hissəsidir. Səmərəliliyini artırmaq üçün bir çox ümumi addım atılsa da, zehnin qeyri-kafi işinin səbəbi, əhəmiyyətli bir qidalanma pozğunluğu ola bilər. Bu problemin tam olaraq nə olduğunu qiymətləndirməyin yeganə real yolu analizlərin edilməsi və daha sonra bu araşdırmanın nəticələrinə görə hərəkət etməkdir.


20:51 01.01.2017
Xəbər lenti
Bütün xəbərlər