KANAL24.AZ
Az Iw En Ru

Yeni ili liftdə qarşıladı

Paytaxt sakini Yeni ili liftdə qarşılayıb.

Fövqəladə Hallar Nazirliyi (FHN)  xəbər verir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşın çıxmasına şərait yaradıblar. Əməliyyat saat 00:02-də başa çatıb.


19:18 01.01.2017
Xəbər lenti
Bütün xəbərlər