KANAL24.AZ
Az Iw En Ru

Dünyanın ən küsəyən əri: 20 ildən sonra arvadı ilə danışdı

Otou və Katayama Yumilər artıq 20 ildir ki, danışmırlar. Otounin arvadı ilə kəlmə kəsməməsinin səbəbi qısqanclıqdır.

Ərlə arvad 20 ildən bəri bir-birləri ilə danışmasalar da, onlar özlərini normal ailə sayırdılar.

Katayamanın dediyinə görə, əri ilə danışmağa cəhd göstərir: "Amma cavabında eşitdiyim yalnız "Hm" olur. 20 il əvvəl məndən küsüb, hələ də danışdırmır".

Yumilər ailəsi Yaponiyanın cənubundakı Narada yaşayıralar. Onların üç övladı var.

18 yaşlı Yoşimi atası və anası arasındakı bu qəribə, əcaib münasibətlərdən ölkə telekanallarından birinə yolladığı məktubda bəhs edib.

"İnanmaq çətindir, amma indiyədək bir dəfə olsun belə, atamla anamın söhbətini eşitmədim. Atam anamın bütün suallarına, sözlərinə başını yelləyərək, ya da "hm" deyərək cavab verir", - Yoşimi Yumi bildirib.

Telekanal da ərlə arvadın görüşünü təşkil edib. Görüş onların ilk dəfə qarşılaşdıqları, tanış olduqları parkda idi.

"Katayamadan incimişdim. O, qəlbimi qırmışdı. Lakin burada, tanış olduğumuz parkda xatirələr yada düşdü. Üstəlik, övladlarımız da bizə baxırdılar. Arvadımla barışdım. Düşünürəm ki hər şey geridə qaldı", - Otou deyib.


18:26 01.01.2017
Xəbər lenti
Bütün xəbərlər