KANAL24.AZ
Az Iw En Ru

İstanbulda gecə klubuna basqın: 39 ölü, 40 yaralı - YENİLƏNİB

09:27

İstanbulda gecə klubunda törədilmiş terrorda ölənlərin sayı 39-a yüksəlib.Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

 
Nazir ölənlərdən 16-nın başqa ölkələrin vətəndaşı olduğunu açıqlayıb.
 
O, xəstəxanalarda 69 yaralının olduğunu da deyib.
 
 
***
 
Şəhərin valisi Vasip Şahin Vali törədilmiş hücumu terror aktı adlandırıb. Onun sözlərinə görə, gecə klubuna hücumda bir nəfər iştirak edib. Naməlum silahlı  şəxs yerli vaxtla 01.15 radələrində Ortakoy rayonunda yerləşən Reina gecə klubuna yaxınlaşaraq,  girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. 
 
Hücum zamanı gecə klubunda  600-dək insan Yeni il bayramını qeyd edirmiş.  

09:25

İstanbuldakı gecə klubuna hücum anının əks olunduğu kadrlar İnternetdə dərc edilib.

Kadrlarda silahlı şəxsin binaya yaxınlaşaraq girişdə duran şəxslərə atəş açması əks olunub.  
 
İstanbul valisi hücum nəticəsində azı 35 nəfərin öldüyünü və 40-dan çox şəxsin yaralandığını bildirib.

09:09

İstanbulda gecə klubuna silahlı basqın zamanı ölənlərin sayı 35, yaralananların sayı 40 nəfərə çatıb.

Bu barədə İstanbul valisi bildirib.

Qeyd edilir ki, hücum terror aktı olub.

04:14

İstanbulda gecə klubuna silahlı basqın zamanı 2 nəfər ölüb, 20 nəfər isə xəsarət alıb.

03:22

İstanbulda gecə klubuna silahlı basqın olub.

Hadisə nəticəsində yaralılar var.

Bildirilir ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub.


17:23 01.01.2017
Xəbər lenti
Bütün xəbərlər