KANAL24.AZ
Az Iw En Ru

Türkiyədə "FETÖ" ovu

Ankarada Rusiya səfirinin qətlə yetirilməsi ilə bağlı araşdırmalar davam edir.

Hadisəni törədən polis əməkdaşı Mevlud  Mert Altıntaşın “FETÖ” terror təşkilatı ilə bağlantısının üzə çıxması ədliyyə orqanlarının hələ də fətullahçılardan təmizlənmədiyini göstərir. Yerli mənbələr yazır ki, hüquq-mühafizə orqanları qatilin arxasındakı qüvvələri və digər fətullahçı polis əməkdaşlarını müəyyən etmək üçün 55 min polis barəsində araşdırma aparacaq.

İkinci mərhələdə isə daha 100 minə yaxın asayiş keşikçisinin terror təşkilatı ilə əlaqəsinin olub-olmadığı araşdırılacaq. Bildirilir həmin polislərin ədliyyə orqanlarında fəaliyyətə başlaması “FETÖ” terror təşkilatının Türkiyədə fəal olduğu dövrə təsadüf edir


05:44 01.01.2017
Xəbər lenti
Bütün xəbərlər