KANAL24.AZ
Az Iw En Ru

Yeni ildə süfrəsi necə bəzədilməli? – FOTO (TÖVSİYƏ)

Yeni ilə girərkən süfrəniz sizə və qonaqlarınızın zövqünə oxşamalıdır. Bu səbəbdən süfrəniz daha xüsusi olmalıdır. Ev sahibi olaraq hər şeyin qüsursuz olmasını istəyərsiniz. Qəşəng bir yeni il masası üçün çox xərc çəkməyinizə ehtiyac yoxdur. Evinizdə olan vəsaitlərdən istifadə edərək də çox cazibədar masalar hazırlaya bilərsiniz. Unutmayın sevgi ilə edilən hər şey gözəl nəticə verir.

Süfrəni necə hazırlamaqla bağlı tövsiyələri sizə təqim edirik:

İlk olaraq süfrə seçimi ilə başlayın. Yeni ilin trend rəngləri qırmızı və yaşılın tonları, daha sadə və düz tonlarda da masa hazırlaya bilərsiniz. Boşqablar, stəkanlar, çəngəl və bıçaqlarınız bir-biri ilə uyğunluq içində olsa daha yaxşı görünər. Süfrələrin imtina edilməz aksesuarlardan biri də şamlardır. Şamlar yeni il masanızda romantik hava yaradacaq. Salfetləri unutmamaq lazımdır. Yeni il bəzəkli çiçək ilə də masanıza təbilik əks etdirə bilərsiniz. Süfrənin kənarlarına zərlər, bəzəklər və başqa fiqurlar da qoya bilərsiniz. Masada istifadə olunan duz-istiot və souslar hər kəsin görə biləcəyi və asan əli çata biləcəyi yerlərə qoyulmalıdır.

Süfrəni qurarkən ili təhvil alacaq heyvanı da unutmaq olmaz. Yəni, xoruzun xarakteri mütləq nəzərə alınmalıdır. Bütün bu incəlikləri süfrə tərtibatında nəzərə alın. Yeni iliniz mübarək!

 

 


01:48 01.01.2017
Xəbər lenti
Bütün xəbərlər