KANAL24.AZ
Az Iw En Ru

İki avtomobil toqquşub, xəsarət alanlar var

Ağcabədidə 3 nəfərin xəsarət almasına səbəb olan yol-qəzası baş verib.

Rayonun Hindarx qəsəbəsində VAZ 2106 və VAZ 21099 markalı maşınların toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Süleymanov Rəvan Səxavət oğlu, onun həmyaşıdı Qurbanlı Nəsimi Eldəniz oğlu və hələ ki, şəxsiyyəti müəyyən olunmayan şəxs Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən xəbərə görə, yaralıların  vəziyyəti orta- ağır kimi qiymətləndirilir. 
 
Faktla bağlı araşdırma başlanıb.


06:25 31.12.2016
Xəbər lenti
Bütün xəbərlər