KANAL24.AZ
Az Iw En Ru

Putindən OBamaya nisbətən fərqli addım

Rusiya prezidenti Vladimir Putin amerikalı diplomatları ölkədən çıxarmaqdan imtina edib.

Bu barədə Kremlin rəsmi saytında yerləşdirilən dövlət başçısının bəyanatında deyilir.

“Vətənə qayıdan rusiyalı diplomatlar Yeni ili evdə, ailələri ilə birlikdə keçirəcəklər. Biz amerikalı diplomatlar üçün problem yaratmayacağıq”, - Putin qeyd edib.

“Biz heç kimi ölkədən çıxarmayacağıq. Onların ailələrinə və uşaqlarına heç bir qadağa olmayacaq”, - Rusiya lideri əlavə edib. 

Putin həmçinin bildirib ki, ABŞ prezidenti Barak Obamanın administrasiyasının “işini belə başa vurduğuna” görə təəssüflənir


04:57 31.12.2016
Xəbər lenti
Bütün xəbərlər