KANAL24.AZ
Az Iw En Ru

Uşaqların sevimlisi "Kinder"in ixtiraçısı vəfat etdi

Uşaqların sevimli şirniyyatı sayılan “Kinder-sürpriz” yumurta şokoladın ixtiraçısı vəfat edib.

 Uilyam Saliçe 83 yaşında İtaliyada gözlərini əbədi olaraq yumub.

Yerli mətbuatın bildirdiyinə görə, Saliçe dünən axşam Paviya şəhərindəki xəstəxanalardan birində vəfat edib.

Saliçe 1960-2007-ci illərdə “Ferrero” şirkətində işləyib və sahiblərindən biri olub. Təqaüdə çıxdıqdan sonra “Color Your Life” fonduyla əməkdaşlıq edib və özünü gənclərin və istedadların inkişafına həsr edib.

“Ferrero” şirkəti 1974-cü ildən “Kinder-sürpriz” istehsalına başlayıb. Bu şokoladlar təkcə uşaqlar yox, böyüklər arasında da böyük populyarlıq qazanıb. “Yumurta”nın içərisindən çıxan oyuncaqları uşaqların ən sevimli əyləncəsi hesab etmək olar.


03:59 31.12.2016
Xəbər lenti
Bütün xəbərlər