KANAL24.AZ
Az Iw En Ru

Uorliki də əvəz edəcək adam tapıldı

“2017-ci ilin yanvarından etibarən səfir Riçard Hoqland müvəqqəti olaraq Amerika Birləşmiş Ştatlarının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun həmsədri vəzifəsini icra edəcək. O, dekabrın 31-i sözügedən vəzifədən istefa verən səfir Ceyms Uorliki əvəz edəcək”.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı xüsusi açıqlamada bldirilir.

Qeyd olunur ki, R.Hoqland diplomatik sahədə 30 ildən çox təcrübəyə malikdir. O, 2003-2006-cı illərdə Tacikistanda və 2008-2011-ci illərdə Qazaxıstanda ABŞ-ın səfiri, 2011-2013-cü illərdə isə Pakistanda səfir müavini kimi çalışıb: “Səfir Hoqland bu yaxında Suriyada zorakılığın dayandırılması sahəsində ABŞ-Rusiya əlaqələndirmə fəaliyyətlərinə rəhbərlik edib, Vaşinqtonda Dövlət Departamentində Cənub və Mərkəzi Afrika məsələləri üzrə dövlət katibinin köməkçisinin müavini kimi çalışıb. Bundan öncə isə səfir Hoqland Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunda Qafqaz və Mərkəzi Asiya ofisinə rəhbərlik edib və ABŞ-in Moskvadaki səfirliyinin sözçüsü olub”.

Bəyantda bildirilir ki, Birləşmiş Ştatların Dağlıq Qarabağ münəqişəsinin dinc həllinin tapılması üçün tərəflərlə işlədiyi bir vaxtda R.Hoqlandın diplomatik sahədə topladığı geniş təcrübə mühüm əhəmiyyət daşıyacaq: “Birləşmiş Ştatlar tərəfləri atəşkəsə dair öhdəliklərə sadiq qalmağa, Vyana və Sankt Peterburqda əldə olunan razılıqları icra etməyə, həmçinin bütün tərəflərə fayda gətirən danışıqlar prosesinə dönməyə çağırır. Səfir Uorliki daimi əvəz edən şəxsin adı sonra açıqlanacaq”.


03:55 31.12.2016
Xəbər lenti
Bütün xəbərlər