KANAL24.AZ
Az Iw En Ru

“Krımı verin, Donbas münaqişəsini dondurun!” – Kiyevə ŞOK TƏKLİF

“Ukrayna sülhə görə Rusiya tərəfindən zəbt edilmiş Krımı qurban verməli, həmçinin Donbasda münaqişənin dondurulmasına razılaşmalıdır”.

Bunu “Wall Street Journal” nəşri üçün yazdığı məqaləsində Ukrayna oliqarxı Viktor Pinçuk deyib.

O, Ukraynaya bir sıra ağrılı güzəştlərlə razılaşmağı təklif edib. Oliqarx hesab edir ki, 15-20 il sonra Ukraynada iqtisadi artım kifayət qədər olacaq, ölkənin sosial müdafiə və maliyyə sistemi yaxşılaşacaq, nəticədə Krımda hər bir insan Ukraynada yaşamaq istəyəcək: “Vaxtilə Şərqi Almaniyanın sakinləri də Qərbi Almaniyanın bir hissəsi olmaq istədilər”.

Pinçuk qeyd edib ki, Ukraynanın şərqində münaqişə vətəndaş müharibəsi, yaxud da muxtariyyət üçün savaş deyil. O, münaqişənin kənar təsirə görə başlandığını bildirıb.

Oliqarx həmçinin Ukraynaya NATO-a üzvlük məsələsinin üstündən xətt çəkməyi təklif edir: “Gəlin, etiraf edək ki, Ukrayna qısa, yaxud da orta müddətli perspektivdə NATO-ya daxil olmayacaq. Bu, görünməmiş miqyasda beynəlxalq böhrana gətirib çıxara bilərdi”.

Bununla belə, Pinçuk qeyd edir ki, Ukraynaya Qərbin ölkələrindən təhlükəsizlik zəmanətləri lazımdır.


23:07 30.12.2016
Xəbər lenti
Bütün xəbərlər