KANAL24.AZ
Az Iw En Ru

Tramp Rusiya üçün bunu edəcək

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiyaya qarşı qəbul edilən sanksiyalarla bağlı kəşfiyyat rəhbərləri ilə görüşəcək.

“RİA-Novosti” agentliyinə istinadən xəbər veririk ki, bu haqda Trampın bəyanatında deyilir.

“Ölkəmizin indikindən daha yaxşı şeylər üçün hərəkət etməyin vaxtı çatıb. Mən ölkəmizin və böyük xalqımızın xeyrinə gələn həftə kəşfiyyat liderləri ilə görüşəcəyəm. Onlar mənə vəziyyət barədə məlumat versinlər”, - deyə Trampın bəyanatında bildirilir.

Xatırladaq ki, ötən gün ABŞ prezidenti Barak Obama Rusiya barəsində yeni sanksiyalar haqqında fərmanı imzalayıb. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiyalara məruz qalan təşkilatlar arasında Federal Təhlükəsizlik Xidməti və Rusiyanın Silahlı qüvvələrinin Baş qərargahının Baş kəşfiyyat idarəsi də var.

Bundan başqa, ABŞ Rusiyanın 35 diplomatını ölkə ərazisindən çıxarır. Rusiya diplomatlarının ABŞ-ı tərk etməsi üçün 72 saat vaxt verilib. Yüksək vəzifəli Amerika məmuru bildirib ki, Vaşinqtonun bu addımı Rusiya hakimiyyəti tərəfindən amerikalı diplomatların sıxışdırılmasına cavabdır.


18:48 30.12.2016
Xəbər lenti
Bütün xəbərlər