KANAL24.AZ
Az Iw En Ru

ABŞ 35 Rusiya diplomatını ölkədən qovur

ABŞ Rusiyanın 35 diplomatını ölkə ərazisindən çıxarır.

“Reuters” agentliyinə istinadən xəbər veririk ki, bu haqda Amerika administrasiyasının nümayəndəsi bildirib.

Bildirilir ki, Rusiya diplomatlarının ABŞ-ı tərk etməsi üçün 72 saat vaxtı var. Diplomatlar Vaşinqton və San-Fransiskodan Rusiyaya göndəriləcəklər.

Yüksək vəzifəli Amerika məmuru bildirib ki, Vaşinqtonun bu addımı Rusiya hakimiyyəti tərəfindən amerikalı diplomatların sıxışdırılmasına cavabdır.

 


06:51 30.12.2016
Xəbər lenti
Bütün xəbərlər