KANAL24.AZ
Az Iw En Ru

ABŞ-dan Rusiyaya qarşı YENİ SANKSİYALAR

ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunmasını nəzərdə tutan qanunu imzalayıb. Rusiya ABŞ-da keçirilmiş prezident seçkiləri ərəfəsində ölkənin seçki sisteminə kiberhücumlar təşkil etməkdə suçlanıb.

Sanksiyaların tətbiq olunduğu qurumlar arasında Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi (BKİ) var.

Sanksiyalar siyahısında 6 şəxsin də adları var. Onlar Vladimir Alekseyev, Sergey Gizunov, Yevgeniya Boqaçova, İqor Korobov, İqor Kostyukov və Aleksey Belandır. ABŞ bu şəxsləri BKİ əməkdaşları sayır.

Bundan başqa, Vaşinqton 35 rusiyalı diplomatın qovulması, habelə rusiyalıların Nyu-Yorkda və Merilenddəki iki strukturunun bağlanması barədə qərar qəbul edib.

Həmin strukturların binalarının qapıları sabah bağlanacaq


06:31 30.12.2016
Xəbər lenti
Bütün xəbərlər