KANAL24.AZ
Az Iw En Ru

Türk klubun maddi yardıma ehtiyacı var

Türkiyə I Liqasında çıxış edən "Eskişehirspor" klubunun maddi yardıma ehtiyacı var.

Goal.az xəbər verir ki, klubun maliyyə məsələləri üzrə vitse-prezidenti Ekrem Birsen bu barədə açıqlama verib.

O bildirib ki, indiyədək göstərilən köməyə baxmayaraq, yenə də maddi problemlər yaşayırıq: "Sıxıntılardan qaynaqlanan transfer qadağamız var. Bu səbəbdən, heyətdə gücləndirmə işləri apara bilmirik. İndi əvvəlkindən daha çox maddi dəstək istəyirik. Hər zaman yanımızda olan azarkeşlərdən abunə kartlarının alınmasında fəal olmalarını istəyirik".


06:27 30.12.2016
Xəbər lenti
Bütün xəbərlər