KANAL24.AZ
Az Iw En Ru

Putin Xəzərdə fövqəladə vəziyyətlərin aradan qaldırılması üzrə əməkdaşlıq barədə anlaşmanı ratifikasiya edib

 Rusiya prezidenti Vladimir Putin Xəzər dənizində fövqəladə vəziyyətlərin aradan qaldırılması və xəbərdarlıqlar sahəsində əməkdaşlıq barədə anlaşmanın ratifikasiyası barədə qanun imzalayıb.

Bu barədə RİA “Novosti” xəbər verir.

“Xəzər dənizində fövqəladə vəziyyətlərin aradan qaldırılması və xəbərdarlıqlar sahəsində əməkdaşlıq barədə Anlaşma ratifikasiya edilsin.”, - rəsmi hüquqi informasiya internet-portalında bu gün dərc edilən sənədin mətnində söylənilir.

Bildirək ki, sözügedən anlaşma 2014-cü il sentyabrın 29-da Həştərxanda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan hökumətləri arasında imzalanıb.


06:25 30.12.2016
Xəbər lenti
Bütün xəbərlər