KANAL24.AZ
Az Iw En Ru

"Qarabağ"dan bir ildə 34 pillə irəliləyiş

Dünyanın ən güclü klublarının reytinq siyahısı açıqlanıb. Goal.az xəbər verir ki, “clubworldranking”in tərtib etdiyi cədvəldə Azərbaycanın 4 komandası yer alıb. 2016-cı ilin son siyahısında klublarımız arasında ən yaxşı nəticə “Qarabağ”dadı. Azərbaycan Premyer Liqasının liderinin hesabında 1361 xal var. Əyalət klubu planetin 479-cu komandasıdı.

852 xala malik “Qəbələ” 626-cı yerdə qərarlaşıb. “Kəpəz” 156 xalla 873-cü pillədədi. “Neftçi”nin isə vur-tut 103 xalı var. Paytaxt təmsilçisi planetin 917-cisidi.

Bir il əvvəlki cədvəllə müqayisədə təmsilçilərimizin sayı artıb. Belə ki, bir il öncə bu rəqəm 3 idi. Həmin vaxt 513-cü olan “Qarabağ” ötən müddətdə 123 xal artırmaqla 34 pillə irəliləyib.

85 xal itirən “Qəbələ” isə 18 pillə geriləyib. “İnter” isə ümumiyyətlə cədvəldəki yerini itirib. “Kəpəz”lə “Neftçi” isə bir il əvvəl yer almadığı siyahıya sonradan daxil olub.

Qeyd edək ki, cədvələ İspaniya klubları başçılıq edir. “Real” 16479 xalla 1-ci, “Barselona” 16423 xalla 2-ci, “Atletico” 13560 xalla 3-cüdü.


05:59 30.12.2016
Xəbər lenti
Bütün xəbərlər