KANAL24.AZ
Az Iw En Ru

Nizami Kino Mərkəzindən Yeni il sürprizi: Murat Boz Bakıya gəlir

Milli və xarici filmlərinqala-gecələrinin nömrə № 1 məkanı olan Nizami Kino Mərkəzi Af Media şirkətilə birgə, növbəti film təqdimatı ilə yenidən gündəmdədir.

Belə ki, yanvarın 05 -də  Türkiyənin məşhur müğənnisi və artıq ikinci filmlə aktyor kimi özünü sınayan Murat Boz, çəkildiyi "Dönərsə sənindir " filminin digər baş qəhrəmanları ilə birgə Nizami Kino Mərkəzində keçiriləcək qala - gecəsinə qatılmaq üçün Bakıya gələcəklər.

Erol Ozlevin romantik komediya janrında çəkdiyi bu filmdə baş qəhrəman Mehmet uzun illərdi ki, Selin adlı qıza dəlilər kimi aşiqdi. Selin isə mahnı yazdırıb musiqi və səsyazma şırkətlərinə göndərərək müğənni olmaq xəyalı quran qadındı. Bir gün onun arzusu gerçəkləşir. O, şirkətlərin birindən dəvət alır. Bu məqamda, Mehmetin ona tam dəstək olmasına rəğmən onlar ayrılırlar. Ayrılığı qəbul etmək istəməyən Mehmet, Selini yenidən qazanmaq üçün çətin amma gülməli vəziyyətlərə düşür...

FilmTAFF kinostudiyasının işidir.

Qala-gecəsinə filmdə baş qəhrəmanları canlandıran aktrisalar Yasemin Allen və İrem Sakın da qatılacaqlar.

Filmi izlədikdən sonra qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.


02:56 30.12.2016
Xəbər lenti
Bütün xəbərlər