KANAL24.AZ
Az Iw En Ru

Mersin sel sularına təslim oldu: ölənlər var, yüzlərlə insan sağ qalmaq üçün savaşır - YENİLƏNİB - FOTO

Mersinin Toroslar qəsəbəsinin Yalınayak məhəlləsində sel sularının apardığı 30 yaşlı bir qadın və bir kişi boğularaq həyatını itirib.

Vətəndaşlar avtomobillərin içində gözləyirlər. 7 qəsəbədə məktəblər bağlanıb. Bələdiyyə xalqa məcbur qalmadıqca çölə çıxmamaları mövzusunda xəbərdarlıq edib.
 
Yağışın miqdarı son 15 ildə rekord hesab edilir.

----------

11:57

Mersində dünən gecədən bəri yağan güclü yağış selə səbəb olub.

Şəhərin əsas yollarını basan sel suları səbəbiylə vətəndaşlar avtomobillərinin içində köməksiz vəziyyətdə qalıblar.

Şəhər Bələdiyyəsi vətəndaşlara xəbərdarlıq edərək: "Xahiş edirik, çölə çıxmayın" , - tapşırığı verib.

 


23:47 29.12.2016
Xəbər lenti
Bütün xəbərlər