KANAL24.AZ
Az Iw En Ru

ABŞ-dan açıq təhdid: “Putinə daha çox təsir edəcək”

ABŞ-ın nüfuzlu üç senatoru Rusiyaya qarşı sanksiya təhdidi edib.

Respublikaçılar Con Makkeyn Lindsey Qraham və demokrat Emi Klobuçar Rusiya prezidenti Vladimir Putinin sanksiyalarla qarşı-qarşıya qala biləcəyi bildirib.

Senatorlar Estoniya, Litva və Latviyaya etdikləri səfərindən Rusiyaya qarşı sanksiyalara dəstək verdiklərini dilə gətiriblər.

Lindsey Qraham yeni sanksiyaların Rusiyaya pis təsir edəcəyini bildirib: “Sanksiyalar xüsusilə Putinə təsir edəcək. Senatorların 99 faizi yeni sanksiyalara tərəfdardır. Artıq bunun zamanı çatıb”.

Litva prezidenti Dalya Qribauskayte ilə görüşdə Con Makkeyn bildirib ki, Amerika hərbi qulluqçuları Litvada daimi qalmalıdır.

ABŞ-ın nümayəndələri həmçinin Ukrayna, Gürcüstan və Çernaqoriyaya səfər edəcəklər.


23:39 29.12.2016
Xəbər lenti
Bütün xəbərlər