KANAL24.AZ
Az Iw En Ru

"Qalatasaray"da ilk ayrılıq

"Qalatasaray" qış fasiləsi yaranan kimi heyətində "təmizlik işləri"nə başlayıb.

"sarı-qırmızılılar" hücumçu Kolbeynn Siqtorssonu yola salıblar.

Belə ki, mövsümlərarası fasilədə "Nant"dan icarəyə götürülən islandiyalı forvardın anlaşmasına xitam verilib. 700 min avro müqabilində icarəyə götürülən Siqtorssona zədə ucbatından "Qalatasaray" formasını geyinmək qismət olmayıb. O, komandaya xeyir vermədiyi üçün birillik müqavilə qarşılığında alacağının 815 min avrosundan imtina edib. İstanbul nəhəngi futbolçuya cəmi 400 min avro ödəyəcək. Bundan başqa, 26 yaşlı oyunçu menecerlik haqqı olan 150 min avronu da almayacaqlarını bildirib.
 
Qeyd edək ki, Kolbeynn Siqtorsson İslandiya millisinin heyətində 44 oyunda 22 qola imza atıb


22:47 29.12.2016
Xəbər lenti
Bütün xəbərlər