KANAL24.AZ
Az Iw En Ru

Çində yaşayan uyğurlar Kommunist Partiyasına hücum etdilər

Dörd uyğur türkü Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur muxtar rayonunda terror aktı törədiblər. Hücum edənlər polis tərəfindən güllələnib.

Hadisə dünən səhər saatlarında baş verib. Terror aktı törədənlər avtomobillə Çin Kommunist Partiyasının Moyuy bölgə komitəsinin həyətinə daxil olublar və bomba partladıblar. Terror aktı nəticəsində bir nəfər ölüb, daha üç nəfər yaralanıb.

Türk uyğurların yaşadığı Sintszyan-Uyğur muxtar rayonu Çində qeyri-sabit bölgə hesab olunur. Burada vilayətin Çindən ayrılması məqsədi güdən “Şərqi Türküstan İslam Hərəkatı” fəaliyyət göstərir.


21:39 29.12.2016
Xəbər lenti
Bütün xəbərlər