KANAL24.AZ
Az Iw En Ru

Sürətli şahmat üzrə dünya çempionu müəyyənləşdi

Ukraynalı Vasili İvançuk Qətərin paytaxtı Dohada keçirilən sürətli şahmat üzrə dünya çempionatının qalibi olub.

Onun hesabında 15 partiyadan sonra 11 xal var.

Yarışda ikinci yeri rusiyalı Aleksandr Qrişuk, üçüncü yeri isə norveçli Maqnus Karlsen tutub.

Sürətli şahmat üzrə qadınlar arasında dünya çempionatında da ukraynalı qələbə qazanıb. Anna Muzıçuk 12 partiyadan sonra çempion adına sahib çıxıb. Turnirdə ikinci yeri rusiyalı Aleksandra Kostenyuk, üçüncü yeri isə gürcü Nana Dzaqnidze tutub.


21:30 29.12.2016
Xəbər lenti
Bütün xəbərlər