KANAL24.AZ
Az Iw En Ru

"Kurtlar Vadisi Pusu" serialı geri qayıdır - Vaxt açıqlandı

Türkiyədə reytinq rekordları qıran “Kurtlar Vadisi Pusu” serialı böyük ehtimalla yanvar ayından yayımlanacaq.

Bu barədə “Milliyet” qəzetinin əməkdaşı Sefa Karahasan sonuncu köşə yazısında məlumat verib. O bildirib ki, əslində  serial sentyabr ayında“Kurtlar Vadisi Kipr” adıyla tamaşaçıların görüşünə gələcəkdi. Hətta filmin iki seriası da çəkilmişdi. Serialın sujet xətti 1974-cü ildə baş verən hərbi çevriliş və ondan sonra baş verən hadisələrdən danışacaqdı.

Amma 15 iyul hadisələrindən sonra kino barədə ortaya çıxan iddia və digər diplomatik əngəllər serialın efira çıxmasına mane olub. “Pana Film”in 15 iyuldan əvvəl “Kurtlar Vadisi Darbe” adının müəllif hüququ ilə bağlı müraciət etməsi bəzi dairələri narahat edib. Onlar iddia edib ki, şirkət rəhbərliyinin hərbi çevrilişə cəhd olacağından əvvəlcədən xəbəri olub.

Bildirilir ki, artıq kinonun yayımlanması ilə bağlı yaranan əngəllər tamamilə aradan qalxıb. Serialın hansı kanalda yayımlanacağı hələ ki, məlum deyil. “Pana Film” Kurtlar Vadisi Kipr”lə yanaşı “Kurtlar Vadisi Darbe” serialının çəkilə biləcəyini də istisna etmir.


21:25 29.12.2016
Xəbər lenti
Bütün xəbərlər