KANAL24.AZ
Az Iw En Ru

QORXUNC TƏHDİD: "Hazırkı qrip virusu böyrək çatışmazlığı yaradır" - HƏKİMDƏN SOS

“Avropa Xəstəliklərin Önlənməsi və Nəzarəti Mərkəzinin bu ilin 51-ci həftəsinə olan məlumatına görə, Azərbaycanda qrip epidemiysı səviyyəsi aşağı olaraq qiymətləndirilib. Bu həftə ərzində Azərbaycanda alınmış burnun selikli qişası kültürlərindən 42-də virus törədib.Təşkilatın məlumatına görə, indiki virusun ştamı H3N2-dir. Bu virus böyrək çatışmazlığına gətirə bilər”.

Bu barədə uroloq həkim Vasif İsmayıl məlumat paylaşıb.

Həkimin sözlərinə görə, qrip virusu, elmi adı ilə İnfluenza virusu ancaq tənəffüs sisteminin selikli qişasını tutur. Başqa orqanlara keçməsi ehtimalı çox azdır. Ancaq bu H3N2 həm də qandakı leykositləri də tuta bilir.

V.İsmayıl bildirib ki, H3N2 rabdomiyoliz yaradır. Rabdomiyoliz böyrək çatışmazlığına gətirə biləcək çox riskli bir haldır: “Hazırda xəstələrdə müşahidə edilən əlamətlər - ağızda pas dadı, taqətsizlik və sidiyin tündləşməsi rabdomiyoliz dediyimiz hadisədə baş verə bilər. Buna görə də çoxlu maye için, çatdıra bilməyənlər sistem qoşdursun. Rabdomiyoliz əzələ liflərinin əriməsidir. Nəticədə ölmüş əzələ zülalları (qırmızı rəngdə olurlar) sidiyə qarışaraq atılır. Əzələ zülalının qalığı ağır molekuldur. Böyrəyin incə yollarında çökə bilər - ancaq su ilə yuya bilərsiniz”.

Səhiyyə Nazirliyinin baş epidemoloqu, professor İbadulla Ağayev Publika.az-a Avropa Xəstəliklərin Önlənməsi və Nəzarəti Mərkəzinin yaydığı bu məlumatların əsaslı olub-olmadığına aydınlıq gətirdi: “Ölkədə xəstəliklərə Səhiyyə Nazirliyi nəzarət edir. İnternetdə yayılmış məlumatlara inanmaq olmaz. İnsanları təşvişə sala biləcək xəstəliklərlə bağlı Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasında diaqnostika aparılır. Lakin bu vaxta qədər Azərbaycanda H3N2-nin yayılması aşkarlanmayıb. Səhiyyə Nazirliyinin bütün xəstəliklər üzrə mütəxəssisləri var. Belə bir hal aşkarlansa, onunla barədə ilk məlumat bizdə olar. Respublikada epidemioloji vəziyyətlə bağlı narahatlığa əsas yoxdur”.

Baş epidemioloqun sözlərinə görə, xəstəliyin bu qədər yayılması və uzun müddət davam etməsinin səbəbi insanların təlimatlara əməl etməməsidir: “Xəstə insan işə çıxmamalı həkim nəzarətində evdə müayinə edilməlidir. İşə çıxanlar digərlərini də yoluxdurur. İnsanlar özlərini qorumur və xəstələndikdə ailə üzvlərindən təcrid edilmir. Evdəki xəstə ən azı maskalardan istifadə etməli, onun qabları ayrı saxlanmalı, xəstəyə qulluq edən də maskadan istifadə etməli, özünü müalicə ilə məşğul olmayıb, həkimə müraciət etməlidir”.


20:45 29.12.2016
Xəbər lenti
Bütün xəbərlər