KANAL24.AZ
Az Iw En Ru

İniesta: "Karyeramı məhz burda başa vurmaq istəyirəm"

"Baarcelona"nın ispaniyalı ulduzu Andres İniesta klubun rəsmi saytına müsahibə verib.

Goal.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi karyerasını məhz burda başa vurmaq istədiyini deyib.

"Karyeramı məhz "Barcelona"da başa vurmaq istəyirəm. Bu mənim arzumdur. Çoxdan bu barədə fikirləşirdim. Belə komandada çıxış etməyə başlayanda karyeranın necə olacağını bilmirsən. Zamanla vəziyyət aydınlaşır və ümid etməyə başlayırsan ki, məhz bu komandanın futbolçusu kimi butslarını mismardan asacaqsan. Çətin vaxtlar keçirmişəm. Elə olub ki, "Barcelona"da 10 dəqiqə meydanda olmağı başqa komandada daha çox oynamaqdan üstün hesab etmişəm. İndi karyeramı başa vurandan sonra nə ilə məşğul olacağımı düşünmürəm. Amma dəqiq bilirəm ki, futbolla əlaqəli qalacam".


16:10 29.12.2016
Xəbər lenti
Bütün xəbərlər